Malayziya Şimali Koreyanın səfirini çağırtdırıb
Fev 20, 2017 15:44 Asia/Baku
Malayziya bu gün Şimali Koreya rəhbərinin ögey qardaşının Kuala-Lumpurda qətlə yetirilməsilə bağlı bu ölkənin səfirini çağırtdırıb.
Frans-Press-in məlumatına görə, Malayziyanın Xarici İşlər Nazirliyi bildirib: Bu addım ona görə atılıbdır ki, Şimali Koreyanın səfiri Kanq Çol Kuala-Lumpuru bu ölkə rəhbərinin ögey qardaşının qətli məsələsində ittiham edib.
Malayziya habelə Kim Conq-Namın cəsədinin təhvil verilməsi üstündə yaranmış gərginliyin artmasından sonra özünün Şimali Koreyadakı səfirini müşavirə üçün geri çağırıbdır.
Malayziyanın Xarici İşlər Nazirliyi həmçinin bildirib: Kim Conq-Namın qətli Malayziya torpağında baş verib, buna görə, onun ölümü səbəbinin aydınlaşdırılması üzrə təhqiqatın məsuliyyəti bu ölkənin üzərinə düşür.