Mart 02, 2017 20:11 Asia/Baku
  • Gürcüstan Ali Məhkəməsinin binası qarşısında etiraz aksiyası
    Gürcüstan Ali Məhkəməsinin binası qarşısında etiraz aksiyası

Martın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb.

Bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb.

Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadliğını boğmaq istədiklərini hesab edirlər.

Mitinqdə çıxış edənlər bildiriblər ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.

Qeyd edək ki, aksiyaya müxalifət partiyaları da qoşulub. 

Teqlər