Amerikan qadınlar Trampa qarşı aksiya keçiriblər
-
Amerikan qadınlar Trampa qarşı aksiya keçiriblər
Amerikanın müxtəlif şəhərləri o sıradan Nyu-Yorkda minlərlə qadın ABŞ prezidenti Donald Trampını siyasətlərinə qarşı aksiya keçirib.
Röytersin verdiyi məlumata görə, Amerikan qadınlar dünən 8 mart dünya qadınlar günü münasibəti ilə Nyu-York və ölkənin digər şəhərlərində Donald Trampın ayrı-seçkiliyə yol açan siyasətlərinə qarşı aksiya keçiriblər.
Nümayişçilər qadınlar və miqrantların hüquqlarını himayə üzrə plakatlar daşıyaraq ABŞ prezidentinin əxlaqsız rəftarı və sözlərinə etiraz ediblər.
Nümayişçilər qadınların Trampın qadınlara qarşı siyasətləri əleyhinə birləşmələrini istəyiblər.
Amerikada çoxlu sayda qadın dünən ümumdünya qadınlar günü münasibəti ilə qadınların ümumölkə tətil elan etmələrini istəmişdilər.
Avropanın bir çox şəhərlərində də ümumdünya qadınlar günü münasibəti ilə ayrı-ayrı etiraz aksiyaları keçirilib.