Trampın anti-miqrant fərmanının ABŞ-da ali təhsil ocaqlarına mənfi təsirləri
https://azeri.sahartv.ir/news/dünya-i261992-trampın_anti_miqrant_fərmanının_abŞ_da_ali_təhsil_ocaqlarına_mənfi_təsirləri
Amerikan Hafinqton Post qəzetinin həyata keçirdiyi araşdırmaların nəticələrinə görə, Amerika prezidentinini anti-miqrant qanunları bu ölkənin ali təhsil ocaqları və tədqiqat mərkəzlərinə mənfi təsir buraxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2017 10:01 Asia/Baku
  • Trampın anti-miqrant fərmanının ABŞ-da ali təhsil ocaqlarına mənfi təsirləri
    Trampın anti-miqrant fərmanının ABŞ-da ali təhsil ocaqlarına mənfi təsirləri

Amerikan Hafinqton Post qəzetinin həyata keçirdiyi araşdırmaların nəticələrinə görə, Amerika prezidentinini anti-miqrant qanunları bu ölkənin ali təhsil ocaqları və tədqiqat mərkəzlərinə mənfi təsir buraxıb.

İRNA-nın verdiyi məlumata görə, Hafinqton Post qəzeti bu gün yaydığı araşdırmada bu barədə nəticələri elan edib. 

Bu araşdırmaya görə, Trampın fərmanının 6 ölkənin vətəndaşları olan 7 min həkimin akademik fəaliyyətini, bir çox iranlı tədqiqatçıların elmi fəaliyyətlərini əngəlləyəcəyi bildirilir.

Hafinqton Post qəzeti yazıb ki, altı ölkə vətəndaşlarının Amerikaya səfərinə elə bir şəraitdə qadağa qoyulub ki, həmin ölkələrdən minlərlə tələbə, həkim və tədqiqatçı universitet fəaliyyətlərində iştirak üçün Amerikaya gəlmək istəyirlər.