Meriland ştatı da Tramp müxaliflərinə qoşuldu
https://azeri.sahartv.ir/news/dünya-i262238-meriland_ştatı_da_tramp_müxaliflərinə_qoşuldu
Vaşinqton, Havay, Nyu-York, Oreqon və Massaçusets ştatlarının prokorlarından sonra, Meriland ştatı prokuroru da ABŞ prezidentinin yeni miqrant fərmanına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2017 13:34 Asia/Baku
  • Meriland ştatı da Tramp müxaliflərinə qoşuldu

Vaşinqton, Havay, Nyu-York, Oreqon və Massaçusets ştatlarının prokorlarından sonra, Meriland ştatı prokuroru da ABŞ prezidentinin yeni miqrant fərmanına qarşı çıxıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Meriland ştatının baş prokuroru bildirib ki, Donald Trampın miqrant əleyhinə fərmanının əleyhdarlarına qoşulacaq və ona qarşı məhkəməyə şikayət edəcək. 

Massaçusets ştatının baş prokuroru Mura Hili cümə axşamı günü, Vaşinqton, Havay, Nyu-York və Oreqon ştatları prokurorları çərşənbə günü ABŞ prezidentinin miqrant əleyhinə fərmanını tənqid edərək ölkə qanunlarına zidd olduğunu bildiriblər. 

Tramp ötən bazar ertəsi günü yeni icra fərmanını imzalayaraq İran, Suriya, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarının ABŞ-a səfər etməsinə qadağa tətbiq edib. 

ABŞ prezidenti 27 yanvarda İraq, Suriya, İran, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarının Amerika ərazisinə girmələrini qadağan etmək üçün icra fərmanı imzalamışdı. Lakin bu fərman az müddət sonra Vaşinqton ştatının Sietl şəhərinin federal hakimi Ceyms Robart tərəfindən ləğv olundu. 

Trampın öncəki və yeni fərmanı dünya səviyyəsində etirazlara səbəb olub. Dünyanın bir çox ölkəsi ABŞ prezidentinin qərarlarının ayrı-seçkilik xüsusiyyəti daşıdığını və beynəlxalq qanunlara zidd olduğunu qeyd edir.