Trampın maliyyə işinin bir hissəsi ifşa olundu; Ağ Ev sərt reaksiya verdi
https://azeri.sahartv.ir/news/dünya-i262540-trampın_maliyyə_işinin_bir_hissəsi_ifşa_olundu_ağ_ev_sərt_reaksiya_verdi
MSNBC televiziyası ABŞ prezidenti Donald Trampın maliyyə işinin bir hissəsini çərşənbə axşamı günü yayımlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 07:14 Asia/Baku
  • Trampın maliyyə işinin bir hissəsi ifşa olundu; Ağ Ev sərt reaksiya verdi

MSNBC televiziyası ABŞ prezidenti Donald Trampın maliyyə işinin bir hissəsini çərşənbə axşamı günü yayımlayıb.

Trampın maliyyə işinin əldə olunması xəbərini ilk öncə MSNBC televiziyasının müxbiri Raşl Medo Twitter səhifəsində bildirdi: Bu sənədlər Trampın 2005-ci ildəki ticarət fəaliyyətləri ilə əlaqədardır. 

Sonra Ağ Ev sərt reaksiya verdi və MSNBC televiziyasını qanunu pozmaq və məlumatları oğurlamaqda suçladı. 

Ağ Evin bəyanatında bildirilir: Trampın 2005-ci ildə 150 milyon dollar gəliri olub və ümumilikdə 38 milyon dollar vergi ödəyib. 

Ağ Ev bildirib: MSNBC televiziyası tamaşaçı toplamaqda o qədər aciz qalıb ki, qanunu pozmağa və ötən dekadaya aid maliyyyə sənədinin iki səhifəsi üçün reportaj hazırlamağa razıdır. 

Ağ Ev eyni zamanda qeyd edib: Yalançı medialar bu prosesi davam etdirə bilərlər. Qarşısında ABŞ prezidenti öz işini, amerikalıların hamısının xeyrinə olacaq şəkildə maliyyə strukturunu islah etməyi davam etdirəcək. 

Qeyd edək ki, bir müddət öncə bir çox KİV və Demokrat senatorun müraciətinə baxmayaraq, Donald Tramp öz maliyyə işini yayımlamaqdan çəkinmişdi. Son bir neçə dekadada ABŞ prezidentinin öz maliyyə işini ictimaiyyətdən gizlətməsinin analoqu olmayıb. 

Bu amerikalı milyarder dəfələrlə Rusiya ilə gizli əlaqələri olmaqda suçlanıb və maliyyə işinin yayımlanması onun Rusiyada da investisiya və ticarət fəaliyyətinin olub-olmadığını aydınlaşdıra bilər. 

MSNBC televiziyasının bildirdiyinə görə, Trampın maliyyə işinin sənədlərini Ağ Evdən bir şəxs medialara verib. Bundan öncə, Donald Tramp Ağ Ev məlumatlarının medialara sızdırılmasını bir neçə dəfə tənqid və vəd edib ki, bu məlumatları jurnalistlərə ötürən şəxsləri tapacaq və cəzalandıracaq.