Rusiya və Yaponiyanın xarici işlər və müdafiə nazirləri görüşüblər
Rusiya və Yaponiyanın xarici işlər və müdafiə nazirləri ümidvarlıq ediblər ki, iki ölkə arasındakı münaqişəli adalar haqda müzakirələr tez bir zamanda başlanacaq.
Bu müzakirələr Krımın Rusiyaya qatılmasından sonra Rusiya ilə Yaponiya arasında ilk 2+2 müzakirələridir.
Müzakirələrdə regional məsələlər, xüsusən Şimali Koreyanın nüvə və raket proqramları, eləcə də terrorizm və narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə kimi məsələlər nəzərdən keçirilib.
Yaponiyanın xarici işlər naziri Fomio Kişida da bildirib ki, Tokionun hədəfi, Rusiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və sülh müqaviləsinə yaxınlaşmaq üçün olduqca ciddi əməkdaşlıqdır.
Rusiya və Yaponiya hələ də bir-birilərilə atəşkəs durumundadırlar və 2-ci dünya müharibəsindən bəri rəsmi sülh müqaviləsi imzalamayıblar.