Fransa Yəmən xalqını qırmaqda Ərəbistana kömək edir
-
Fransa Yəmən xalqını qırmaqda Ərəbistana kömək edir
Fransa prezidenti səud rejiminə silah satışı barədə lisenziya verərək, açıq şəkildə bu rejimi müdafiəsiz və məzlum Yəmən xalqını qanına qəltan etməyə təşviq edib.
Fransada çıxan Le Puan həftəliyi vebsaytının yazdığına görə, bu ölkənin prezidenti Fransua Olland dünən səud rejiminə 455 milyon avro dəyərində silah satışı barədə lisenziya veribdir ki, bu silahların böyük bir hissəsi Yəmən xalqına qarşı işlədiləcək.
Belə bir halda, bu miqdarda silahın satışı barədə lisenziya Fransanın nazirlər kabineti və xarici işlər nazirliyinin meylsizliyi və müxalifəti ilə üzləşib.
Fransa 2016-cı ildə 20 milyard avroluq silah sifarişi aldığını bildirərkən bəzi ölkələrin tənqidlərilə üzləşdi və çoxlu sayda beynəlxalq və qeyri-hökumət təşkilatı BMT-nin 2216 saylı qətnaməsinə istinadla Ərəbistanın və ona dəstək verən ölkələrin Yəmən xalqına qarşı savaşdakı rolunu kəskin tərzdə pislədi.
2015-ci ilin martında Ərəbistan ABŞ-ın və Qərb ölkələrinin dəstəklərilə Yəmənə təcavüz edərək, bu ölkədəki qadın və uşaqları qanlarına qəltan etdi.
Belə bir halda, Beynəlxalq Amnistiya Təşkilatı və insan haqları təşkilatları İngiltərə, ABŞ və Fransa tərəfindən Yəmən xalqına qarşı Ərəbistana silah təhvil verilməsinə toxunaraq, bu ölkələrin hərəkətlərini kəskin tərzdə pislədilər.