Mart 21, 2017 20:57 Asia/Baku
  • ABŞ prezidenti dünya ölkələrində böhran amilidir
    ABŞ prezidenti dünya ölkələrində böhran amilidir

Fransa prezident seçkilərinə sosialist partiyasının namizədi ABŞ prezidentini dünya ölkələrində səbatsızlığın yaranması amili adlandırıb.

Fransada çıxan Le Puan həftəliyi vebsaytının yazdığına görə, Fransa prezident seçkilərinə sosialist partiyasının namizədi Benoit Amon dünən gecə seçkilərə beş namizədin ilk teledebatında deyib: Donald Trampın Amerika prezidenti kimi hakimiyyətə gəlməsilə dünya səbatsızlığın başlanmasının şahididir.

Həmçinin bu teledebatda Fransa prezident seçkilərinə orta sağ təmayüllü cinahın namizədi Fransua Fyun sağ ifratçı partiyanın namizədi Marin Lupanın iqtisadi layihələri və Fransanın Avropa Birliyindən çıxması ilə müvafiq olmayıb.

Fransanın Rusiya ilə əlaqələri də Fransa seçkilərində sol ifratçı namizəd Jan Luk Melanşon və Benoit Amonun debatının problemlərindən olub və əlbəttə, Melanşon azı iqtisadi əlaqələr formasında Rusiya ilə əlaqələrin davam etməsi və gücləndirilməsinin himayədarı olub.

Müstəqil və mötədil namizəd Emmanuel Makron da özünün ehtimal olunan kabinetində hər cür maliyyə və siyasi əlaqələrdən uzaq, müstəqil və yeni simaların iştirakından xəbər verib.

Əlbəttə, fransızların təkcə 66 faizinin seçkilərdə iştiraka olan marağına əsasən, bəlkə də bu namizədlərin səyi Fransa xalqını bu seçkilərdə iştiraka təşviq etmək olmuş olsun.

Fransa prezident seçkilərinə namizədlərin teledebatlarının sonrakı dövrü aprelin dördü və iyirmisində keçiriləcək.

Fransa xalqı aprelin 23-də seçkilərin ilk mərhələsində iştirak üçün seçki məntəqələrinə gedəcək. 

Teqlər