Kanada İcmalar Palatasında İslamofobiya ilə mübarizə layihəsi təsdiqlənib
Kanada İcmalar Palatası bu ölkə baş nazirinin islamofobiya ilə mübarizə üzrə tədbirlərin görülməsi haqda layihəsii təsdiqləyib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Kanada İcmalar Palatası baş nazir Justin Trudeaunun dəstəklədiyi layihəni təsdiqləyərək hökumətdən islamofobiyanın müxtəlif formaları, o cümlədən dini ayrı-seçkilik, nifrət və millətçiliklə mübarizə aparmasını istəyib.
Kanada İcmalar Palatası həmçinin bu ölkəni islamofobiya ilə ciddi mübarizə aparmağa və onu pisləməyə çağırıb.
Kanada İcmalar Palatasında təsdiqlənən layihəyə əsasən, bu ölkə hökuməti ətraflı araşdırmalar apararaq dini ayrı-seçkilik, xüsusilə islamofobiya ilə mübarizə yollarını müəyyənləşdirməli və onlardan istifadə etməlidir.
Yanvar ayında Kvebekdə məscidə hücum nəticəsində 6 müsəlmanın həlak olmasından sonra, Kanada hökuməti dini ayrı-seçkiliklə mübarizə ilə əlaqədar ictimai təzyiqlə üzləşdi.
Son aylar ərzində Kanadanın müxtəlif şəhərlərində bir neçə məscid radikalların hücumlarına məruz qalıb.