Mart 30, 2017 17:57 Asia/Baku
  • Fransanın müsəlmanlar şurasının Ruhanilər üçün yeni proqramı
    Fransanın müsəlmanlar şurasının Ruhanilər üçün yeni proqramı

Fransanın müsəlmanlar şurası müsəlman ruhanilərin çıxışları üçün yeni proqram hazırlayıb.

İRNA-nın verdiyi məlumata görə, Fransa Müsəlmanları Şurası CFCM bildirib ki, bu ölkə məscidlərində ifratçı çıxışların qarşısının alınması məqsədi ilə, "imam bəyannaməsi" hazırlayıb və məscidlərin imam cümələri onu imzalamalıdırlar.

Məlumatda İslamın Fransada ikinci din olduğu bildirilərək deyilir: Prezident seçkilərinə təxminən 4 həftə qalarkən və Fransanın dəfələrlə ifratçı terrorçuların hücumlarına məruz qaldığını nəzərə alaraq, "İmam bəyannaməsi" imam cümələri həqiqi islamı təqdim etmək üçün birləşdirməyə çalışır. Fransada 2500 məscid və namazxana, 1800 imam cümə və təxminən 5 milyona yaxın müsəlman əhaliyə malikdir. 

 

Teqlər