Avropa Komissiyasının sədri Trampa xəbərdarlıq edib
-
Avropa Komissiyasının sədri Trampa xəbərdarlıq edib
Avropa Komissiyasının sədri breksit(brexit)-i dəstəklədiyinə görə, ABŞ prezidentinə xəbərdarlıq edib.
Press TV-nin məlumatına görə, Avropa Komissiyasının sədri Jan Klod Yunker dünən "Avropa Xalq Partiyası"nın Maltada keçirilən illik qurultayında ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının gələcəyi haqdakı sözlərini kəskin şəkildə tənqid edərək, deyib ki, breksit, Avropa İttifaqının sonu demək deyildir.
Avropa Komissiyasının sədri sonra deyib: Əgər Tramp Avropaya qarşı düşmənçilik münasibətini davam etdirər və Avropa ölkələrindən Breksit-dən ülgü götürərək, ittifaqı tərk etmələrini istəyərsə, Avropa Amerikanın Texas və Ohayo ştatlarının istiqlaliyyətlərinə dəstək verəcəkdir.
İngiltərənin baş naziri Tereza Mey 2017-ci il martın 29-da Avropa Birliyinin Lissabon müqaviləsinin 50-ci bəndini icra edərək, bu ölkənin həmin birlikdən çıxması prosesinə rəsmi şəkildə başladı.
Donald Tramp bundan öncə İngiltərənin Avropa Birliyindən çıxmaq qərarını sayıqcasına bir hərəkət adlandıraraq, demişdi ki, sonda İngiltərə bu qərardan bəhrələnəcəkdir.