Apr 03, 2017 19:50 Asia/Baku
  • ABŞ-ın Şərqi Asiyada gərginlik siyasəti
    ABŞ-ın Şərqi Asiyada gərginlik siyasəti

ABŞ Şimali Koreya ilə mübarizə aparmaq üçün Çinə təzyiq siyasətini yürüdəcək. ABŞ prezidenti bununla belə deyib ki, Çinin Şimali Koreya ilə mübarizəyə kömək etməyə marağı olmazsa, Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramı ilə mübarizə aparmaq üçün birtərəfli şəkildə addım atmağa hazırdır.

ABŞ-ın Şimali Koreyanı qapazaltı etmək üçün Çindən gözləntisi. Amerikanın yeni prezidentinin Çin prezidenti ilə ilk görüşünə üç gün qaldığı bir halda, amerikalılar Şimali Koreyaya sərtliyi öz əsas iqtisadi rəqibi Çinlə ikitərəfli predmet hesab edirlər.

Bundan öncə cümə axşamı görüşünü çox çətin adlandıran Tramp Financial Times-la müsahibədə bu ehtimalı irəli sürüb ki, Vaşinqton Şimali Koreya əleyhinə əməkdaşlığa çəkmək üçün Çinlə əlaqələrindən vasitə kimi istifadə etsin.

Amerika prezidenti Çinin Şimali Koreyaya güclü nüfuzundan söz açıb və deyib: Çin Şimali Koreyanın məsələsini həll etməyə kömək etməzsə, heç kim üçün yaxşı olmayacaqdır. Çünki belə olduğu halda, Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramı ilə mübarizə aparmaq üçün birtərəfli şəkildə addım atmağa hazırdır.

Amerikanın BMT-dəki səfiri ABC televiziyası ilə müsahibədə bu məsələni belə bir şəkildə izah edib ki, Amerikanın Çindən Şimali Koreya əleyhinə addım atmasını gözləyir.

ABŞ-ın BMT-dəki səfiri Niki Hili deyib: Çin Şimali Koreyanı durduracaq yeganə ölkədir və onlar da bu məsələni bilirlər. Biz Şimali Koreya əleyhinə addım atılması üçün Çinə təzyiqi davam etdirəcəyik.

Bununla yanaşı Vaşinqtonda məlumatlar yayılıb ki, cümə axşamı günü Floridada Xi Jinpinqlə görüşdən öncə, ABŞ ehtimal olunan hərbidən tutmuş iqtisadi addımlara şamil Şimali Koreya əleyhinə seçimləri hazırlayacaqdır. Bunun bir hissəsi də Çinə aid olacaqdır.

Seçimlər ilk mərhələdə iqtisadidir. Və ikinci mərhələdə Şimali Koreya ilə ən çox ticarət əlaqələri olan Çin bankları və şirkətləri əleyhinə sanksiyalarla nəticələnə bilər.

ABŞ iqtisadi seçimlərdən əlavə, hərbi seçimləri də araşdırır. Əlbəttə onlardan istifadə iqtisadi seçimlərdən zəifdir.

Cənubi Koreya və Yaponiyanın əlavə raket sistemləri ilə təchiz edilməsinin kənarında Şimali Koreyaya önləyici hücum planı. ABŞ bu gün Çin və Şimali Koreyanın iki qonşu ölkəsi müştərək dəniz hərbi təlimlərinə başlayıb.

ABŞ-ın sabiq müdafiə naziri Eşton Karter bildirib: Bizim orada 28 min 500 əsgərimiz vardır. Orada bizim şüarımız ani müharibə üçün hazırlıqdır. Biz bunu istəmirik. Amma həyata keçirmək üçün hazır olmalıyıq. Eyni halda, mənim qənaətimcə, Şimali Koreya əleyhinə rolu oynamağa marağı olmayan Çinə bu rola malik olmaq üçün təzyiq göstərmək daha çətin işdir. Onlar özlərinin uzun perspektivdə Şimali Koreya ilə qarşılaşa biləcəklərini görmələrinə baxmayaraq, qısa müddətdə Pxenyanın devrilməsi, ya Koreya yarımadasında müharibənin baş verməsi və sərhədləri kənarında ABŞ-la müttəfiq bir Koreyanın yaranmasından qorxurlar.

ABŞ Obamanın dövründən yeni siyasi və təhlükəsizlik doktrinasını elan etməklə öz hərəkətlərinin ağırlığını Asiyanın şərqinə nəql etməkdədir. Görünür ABŞ-ın şərq strategiyası hər gün əlavə gərginliklərlə yanaşı olacaqdır.  

 

Teqlər