Apr 04, 2017 08:39 Asia/Baku
  • Paris və Ankarada təhlükəsizlik tədbirləri
    Paris və Ankarada təhlükəsizlik tədbirləri

Rusiyanın Sankt Peterburq şəhərində törədilən terror aktının ardınca Fransa və Türkiyə rəsmiləri Paris və Ankarada təhlükəsizlik tədbirlərini gücləndiriblər.

İRNA-nın məlumatına görə, Fransanın daxili işlər naziri bazar ertəsi günü axşam bildirib ki, Rusiyanın Sankt Peterburq şəhərində törədilən terror aktının ardınca Paris şəhərinin təhlükəsizlik rəsmiləri ictimai nəqliyyat vasitələrində təhlükəsizlik tədbirlərini gücləndiriblər. 

Matias Vikl əlavə edib: Fransa hökuməti vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bir sıra lazımi tədbirlər nəzərdə tutub. 

Türkiyənin paytaxtı Ankara şəhər metrosunun informasiya xidmətində olan məlumatlı bir mənbə də təhlükəsizliklə bağlı təhdidlərin davam etməsinə görə, Ankara metrosunda təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsindən xəbər verib. 

Bazar ertəsi günü Sankt Peterburqda, "Texnologiya Universiteti" metro stansiyasında partlayış törədilib. Bu terror aktında 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. 

Teqlər