Amerikalı yeniyetmə Roma papasını qətlə yetirmək istədiyini etiraf etdi
-
Amerikalı yeniyetmə Roma papasını qətlə yetirmək istədiyini etiraf etdi
Nyu Cersi ştatından olan bir amerikalı yeniyetmə Roma papası Fransisi 2015-ci ildə Amerikaya olan səfəri zamanı qətlə yetirmək istədiyini etiraf edib.
İRNA-nın məlumatına görə, Fransa xəbər agentliyi bildirib ki, ABŞ-ın Ədliyyə Nazirliyi bazar ertəsi günü bir məlumatda 17 yaşlı amerikalı yeniyetmə Santos Kolonun muzdlu bir snayper vasitəsi ilə habelə, partlayıcı qurğu yerləşdirməklə Papa Fransisi 2015-ci ildə Filadelfiyaya olan səfəri zamanı qətlə yetirmək niyyətində olduğunu etiraf etməsindən xəbər verib.
Bu terror aktını həyata keçirməsi üçün ABŞ-ın Federal Təhqiqat Bürosunun(FBİ) məxfi agentini işə cəlb edən bu yeniyetmə cinayətin törədilməsinə bir neçə gün qalmış həbs edilir.
Məhkəmə sənədlərinə əsasən Kolon terrorçu qruplaşmaların təsiri altına düşübmüş. Bu amerikalı yeniyetmənin yol verdiyi cinayət üçün ABŞ qanunlarına görə nəzərdə tutulan cəza 15 il müddətinə azadlıqdan məhrum etmədir.