Suriya dövlətinə qarşı özbaşına hərəkət rədd olunub
-
Suriya dövlətinə qarşı özbaşına hərəkət rədd olunub
Rusiya dövləti Suriya hökumətini devirmək məqsədi ilə hərhansı özbaşına hərəkəti rədd edib.
İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrov BMT-nin nəzarəti altında Cenevrədə Suriya sülh müzakirələrinin dərhal başlanmasının vaciblyini vurğulayaraq bəzi ölkələr və toqquşan tərəflərin hərhansı özbaşına hərəkətini rədd edib.
Lavrov deyib: Bir çox oyunçular o sıradan Suriya dövlətinin daxili və xarici müxalifləri eləcə də bəzi ölkələr suriyalı qrupların müzakirələrinin böhranın həlli istiqamətindən yayınmasına cəhd göstərirlər.
Rusiyanın xarici işlər naziri həmçinin deyib: 2017-ci il may ayının 3-4-ü üçün Cenevrədə suriyalı qrupların müzakirələri planlaşdırılıb.
Cenevrədə Suriya barədə danışıqların 5-ci dövrü Suriya dövləti və müxalif qrupların nümayəndələrinin iştirakı və BMT-nin eləcə də Rusiya, İran və Türkiyənin nəzarəti ilə martın 23-də keçirildi.
Müxalif qruplar arasındakı ixtilaflar və onların pay istəməsi müzakirələrə təsir edərək nəticənin əldə olunmasını çətinləşdirib.