Rusiya Xan Şeyxuna kimyəvi hücumun məkirli plan olduğunu vurğulayıb
-
Rusiya Xan Şeyxuna kimyəvi hücumun məkirli plan olduğunu vurğulayıb
Rusiyanın xarici işlər naziri Suriyanın Xan Şeyxun bölgəsinə kimyəvi hücumun məkirli plan olduğunu deyib
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın XİN başçısı Sergey Lavrov dünən axşam Fransanın XİN rəhbəri Jan-Mark Eyro ilə telefon söhbətlərində Xan Şeyxundakı kimyəvi hadisənin atəşkəsi pozmaq və Suriya böhranının siyasi həlli prossesini əngəlləmək məqsədli açıq-aşkar məkirli plan olduğunu bildirib.
Rusiyanın XİN rəhbəri həmçinin Moskvanın beynəlxalq qanunlar o sıradan da ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə hörmət edilməsinə dair mövqeyini vurğulayaraq deyib: Rusiya Xan Şeyxun hadisəsi ilə əlaqədar müstəqil, həqiqi və bitərəf araşdırmaların aparılmasını vurğulayır.
Xan Şeyxun hadisəsindən dərhal sonra baş verən Amerikanın BMT-nin üzv ölkəsi olan Suriyanın Əşşəirat hava bazasına qarşı raket hücumundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu hücumu nigaran edici adlandırmışdı.
Suriyaya qarşı silahlı qrupların tabeliyində olan qaynaqlar aprelin dördündə Suriyanın idlib vilayətinin cənubunda Xan Şeyxun şəhərində kimyəvi hücumdan xəbər verdilər və heç bir fakt təqdim etmədən Suriya dövlətini bu hadisədə ittihamlandırdılar.
Rəsmi Dəməşq bu iddianı rədd edərək kimyəvi silahları qadağan edən təşkilatın mütəxəssislərinin də təsdiqlədikləri bu ölkənin bütün kimyəvi silahlarının məhv edildiyinə diqqət çəkərək, bu hadisənin Suriyaya qarşı xarici hücum üçün bir plan olduğunu bildirdi və Rusiya və İranla birlikdə bu hadisə barədə bitərəf və dəqiq araşdırmaların aparılmasını istədi.