Rusiya ABŞ-ın sabotajından təəssüflənib
https://azeri.sahartv.ir/news/dünya-i266620-rusiya_abŞ_ın_sabotajından_təəssüflənib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən gecə amerikalı həmkarı Reks Tillersonla telefon söhbətində Vaşinqtonun Moskva ilə Tehranın Suriyadakı "Xan Şiyxun" hadisəsi barədə təhqiqatın aparılmasında dair təklifi ilə müxalifət etməsindən təəssüf ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2017 08:15 Asia/Baku
  • Rusiya ABŞ-ın sabotajından təəssüflənib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən gecə amerikalı həmkarı Reks Tillersonla telefon söhbətində Vaşinqtonun Moskva ilə Tehranın Suriyadakı "Xan Şiyxun" hadisəsi barədə təhqiqatın aparılmasında dair təklifi ilə müxalifət etməsindən təəssüf ifadə edib.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı cümə axşamı günü ABŞ-ın təzyiqi altında İran ilə Rusiyanın Suriyadakı "Xan Şiyxun" hadisəsi barədə təhqiqatın aparılmasında dair təklifini rədd edib.

Apreilin 4-də Suriyanın İdlib vilayətinin cənubundakı "Xan Şiyxun" məntəqəsinə qarşı şübhəli kimyəvi hücumda 100-dən çox insan öldü və təqribən 400 nəfər də yaralandı.

Suriyada böhran bu ölkənin qanuni dövlətini devirmək məqsədilə ABŞ-ın və onun regiondakı müttəfiqləri, o sıradan Türkiyə və Ərəbistanın dəstəklədikləri terror qruplarının geniş hücumları ilə 2001-ci ildə başlandı.