Moskvada Beynəlxalq Təhlükəsizlik İclası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i267106-moskvada_beynəlxalq_təhlükəsizlik_İclası_keçirilib
Moskva 6-cı Beynəlxalq Təhlükəsizlik İclası İran İslam Respublikası da daxil 80 ölkənin iştirakı ilə Rusiya paytaxtında öz işinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2017 08:53 Asia/Baku
  • Moskvada beynəlxalq təhlükəsizlik iclası keçirilib
    Moskvada beynəlxalq təhlükəsizlik iclası keçirilib

Moskva 6-cı Beynəlxalq Təhlükəsizlik İclası İran İslam Respublikası da daxil 80 ölkənin iştirakı ilə Rusiya paytaxtında öz işinə başlayıb.

İRNA-nın verdiyi məlumata görə, 2 günlük Moskva iclasında 700 nəfər iştirak edir. İclasda 25 heyətə müdafiə naziri başçılıq edir, silahlı qüvvələrin baş qərargah rəisləri, yüksək rütbəli hərbi komandanlar və hərbi ekspertlər bu iclasda iştirak edirlər. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva iclasında etdiyi çıxışında deyib: Region və dünya səviyyəsində çaxnaşmalı vəziyyətin şiddətləndiyini görürük, terrorizm yeni cəhətlərə malik olub və onunla mübarizə bizim üçün prioritet təşkil edir, Terrorizm ilə mübarizə üçün böyük beynəlxalq koalisiya yaradılmalıdır. 

Rusiyanın XİN rəhbəri deyib: İŞİD-ə qarşı iqtisadi təzyiqlər gücləndirilməlidir. Moskva üçün terrorizm ilə mübarizə önəmlidir. Astana iclası Suriya böhranının həlinə kömək edir. 

Lavrov deyib: Hamı ABŞ-ın Suriyanın Əş-Şəirat hava limanına qarşı hava hücumunun təkrarlanması təhlükəsini başa düşür. Suriya hakimiyyətini dəyişmək üçün Xan Şeyxun hadisəsindən sui-istifadə üzrə cəhdlər müşahidə olunur. 

Lavrov deyib: Şimali Koreya barədə beynəlxalq ictimaiyyətlə müştərək mövqeyə malikik. Öz şəriklərimizi koalisiyalardan kənar əməkdaşlıqlara dəvət edir və təkid edirik ki, beynəlxalq əlaqələr qarşılıqlı hörmət əsasında olmalıdır. NATO-nun raket sistemi yerləşdirmək təşəbbüsü beynəlxalq sabitliyin möhkəmləndirilməsinə qarşı maneədir və beynəlxalq təhlükəsizliyə mənfi təsir edir. 

Rusiya XİN rəhbəri deyib: Biz Ukrayna məsələsinin həllini istəyirik. Biz Vaşinqtondan Vankouverədək sülh və təhlükəsiz məntəqənin yaradılması razılaşmasının icrasının yenidən başlanmasına çağırırıq. 

Sergey Lavrov Amerikanın Suriyaya qarçı hava hücumunun bu ölkə böhranının həllini təxirə saldığını bildirərək deyib: Xan Şeyxun hücumu barədə daha təfsilatlı və şəffaf təhqiqatlar aparılmalıdır.