Braziliyada geniş miqyaslı tətillər
https://azeri.sahartv.ir/news/dünya-i267482-braziliyada_geniş_miqyaslı_tətillər
Braziliyada bir çox şəhərlərdə dünən ümumi tətil elan olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 07:22 Asia/Baku
  • Braziliyada geniş miqyaslı tətillər
    Braziliyada geniş miqyaslı tətillər

Braziliyada bir çox şəhərlərdə dünən ümumi tətil elan olunub.

PressTv-nin verdiyi məlumata görə, dünən San-Paulo şəhərində Braziliya prezidenti Mişel Temerin iqtisadi qənaət siyasətinə qarşı etiraz əlaməti olaraq ümumi tətil elan edilib və şəhər nəqliyyat sistemi çöküb.

Etirazçılar həmçinin küçələrdə təkər yandıraraq əsas yolları bağlayıblar. 

San-Pauloda metro, avtobus və qatarlar da fəaliyyətlərini dayandırıblar. 

Bu məlumata görə, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Braziliyanın digər şəhərlərində o cümlədən Rio-de-Janeyro, Brasilia və  Belo Horizonte şəhərlərində də polis ilə nümayişçilər arasında toqquşma baş verib. 

Həmçinin dünən Braziliyada milyonlarla nəqliyyat, mədən, məktəb və bank işçisi fəaliyyətlərini dayandırıblar.

Braziliyada iqtisadi problemlərin artması və rəsmilərin korrupsiya mövzusu son aylar ərzində ümumi narazılıqlara səbəb olub.