Tramp yenə də nüvə anlaşmasından danışdı
-
Tramp yenə də nüvə anlaşmasından danışdı
ABŞ prezidenti İran ilə nüvə anlaşmasını "münasib olmayan" anlaşma adlandırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Donald Tramp şənbə günü prezidentliyinin ilk 100 günü münasibəti ilə təşkil etdiyi toplantıda İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını ABŞ iqtisadiyyatı üçün mənfi təsirə malik olan bir anlaşma adlandırıb.
Tramp İran ilə nüvə anlaşması qarşısındakı öhdəliklərə əməl etməyin ABŞ iqtisadiyyatına zərbə vuracağını iddia edərək, ABŞ-ın maraqlarını təmin etməyən istənilən anlaşmanın icrasını durduracağını deyib.
ABŞ prezidenti bundan öncə də İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını "pis" bir anlaşma adlandırmış və bu anlaşmanı yenidən nəzərdən keçirəcəyini demişdi.
Avropa Birliyi və 5+1 qrupuna daxil olan digər ölkələr isə İran ilə nüvə anlaşmasının icrasına təkid edirlər.
İran və 5+1 qrupu 14 iyul 2015-ci ildə İranın nüvə fəaliyyətləri ilə bağlı bir anlaşmaya nail oldular və bu anlaşma 16 Yanvar 2016-cı il tarixindən qüvvəyə mindi.