Rusiyanın Türkiyədən istəyi
https://azeri.sahartv.ir/news/dünya-i267632-rusiyanın_türkiyədən_istəyi
Rusiya Türkiyədən növbəti Astana müzakirələrində suriyalı silahlı müxalifləri əməkdaşlığa cəlb etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2017 05:14 Asia/Baku
  • Rusiyanın Türkiyədən istəyi
    Rusiyanın Türkiyədən istəyi

Rusiya Türkiyədən növbəti Astana müzakirələrində suriyalı silahlı müxalifləri əməkdaşlığa cəlb etməsini istəyib.

İTAR TASS-ın verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümidvarlıq edib ki, suriyalı silahlı müxaliflər Astana iclasında iştirak etsinlər və Türkiyə də bunun baş tutması üçün lazımi addımları atmış olsun. 

Mixail Boqdanov Astana iclasında məqsədin Suriya ilə bağlı bütün məsələlərin gündəmə gətirilməsi və Suriyada atəşkəsin möhkəmləndirilməsi üçün səylərin ahəngdarlaşdırılması adlandırıb.

Boqdanov deyib: Suriyalı müxaliflərin cərgəsində dəyişikiyin baş verməsi gözlənilir. 

Suriyada atəşkəslə bağlı növbəti Astana iclası 3 May tarixində keçirilməlidir. 

Bu müzakirələr İran, Rusiya və Türkiyənin təşəbbüsü ilə 2017-ci ilin əvvəllərindən keçirilir və indiyə kimi 4 mərhələdə danışıqlar aparılıb.