Rusiya: Müxaliflərin Astana iclasındakı rəftarı qeyri-konstruktivdir
https://azeri.sahartv.ir/news/dünya-i267968-rusiya_müxaliflərin_astana_iclasındakı_rəftarı_qeyri_konstruktivdir
Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi müxaliflərin Astana iclasındakı rəftarını tənqid edərək, onu qeyri-konstruktiv adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2017 05:17 Asia/Baku
  • Rusiya: Müxaliflərin Astana iclasındakı rəftarı qeyri-konstruktivdir
    Rusiya: Müxaliflərin Astana iclasındakı rəftarı qeyri-konstruktivdir

Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi müxaliflərin Astana iclasındakı rəftarını tənqid edərək, onu qeyri-konstruktiv adlandırıb.

Astanada keçirilən Suriya müzakirələrində iştirak edən Rusiya heyətinin sədri Aleksandr Lavrentyev dünən gecə Rusiyanın hava qüvvələrini müxaliflərin mövqelərini bombalamaqda ittihamlandıran suriyalı silahlı müxaliflərin əsassız ittihamlarına toxunaraq, deyib: Suriyalı müxaliflərin Astanadakı rəftarları qeyri-konstruktivdir. Onlar heç bir fakt irəli sürmədən Rusiyanın hava qüvvələrini müxaliflərin Həma və Dəra məntəqələrindəki mövqelərini bombalamaqda ittiham edirlər.

Lavrentyev sonra deyib: Belə görünür ki, suriyalı müxaliflər Astana müzakirələrində üzərlərinə bir öhdəlik götürmək istəmirlər. Elə buna görədir ki, iclası və ya onun nəticəsinin təyin olunmasını uğursuz qoymaq üçün mümkün olan hər bir metoddan istifadə edirlər.

Suriyalı silahlı müxaliflər dünən şayiə yaymaq və media savaşı salmaqla daim Suriyadakı terrorçulara dəstək vermək niyyətində olan Qətərin Əlcəzirə telekanalına istinadla iddia ediblər ki, Rusiyanın hava qüvvələri müxaliflərin Həma və Dəra məntəqələrindəki mərkəzlərini bombalayıblar.

Çərşənbə günü başlanmış Suriya böhranının həlli üzrə 4-cü Astana müzakirələri bu gün, cümə axşamı günü də davam edəcəkdir.