Qərbdə vətəndaşların seçkilərdə iştiraka rəğbəti azalır
İngiltərədə siyasi fəal bildirib: Qərbdə vətəndaşların seçkilərdə iştiraka rəğbəti hər gün azalır.
Press TV-nin məlumatına görə, Şəbir Həsənəli bu televiziya ilə müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin seçkilərdə iştirakla bağlı tövsiyəsi haqda deyib: Ayətullah Xamenei seçkilər və xalqın bu seçkilərdə irimiqyaslı iştirakını vurğulaması, buna görədir ki, bütün vətəndaşlar quruluşa və öz taleyinə əhəmiyyət versinlər. Ayətullah Xameneinin dediyi kimi, seçkilərdə hansı namizədin qalib gəlməsi önəmli deyil, önəmli olan məsələ budur ki, vətəndaşların seçkilərdə iştirakı böyük olsun. Çünki vətəndaşlar böyük iştirakla praktiki olaraq quruluşun sağlamlığına zəmanət verirlər. Əgər qərbdə, o cümlədən İngiltərə, ABŞ və digər Avropa ölkələrində seçkilərə diqqət yetirsəniz, vətəndaşların seçkilərdə iştirakının hər il azaldığını görəcəksiniz. Qərb ölkələrində vətəndaşların iştirak həcmi 50 və ya 40%-dən aşağıdır. Bu, qərbdə hakim quruluşların süqutu və tənəzzülünü göstərir. Biz kommunizm quruluşunun çökdüyünün şahidi olduq. Hazırda da Tramp və ABŞ-la tanınmasının şahidi olduğumuz kapitalizm quruluşu tənəzzül və ölümlə üzləşib. Bu arada islam quruluşu, Vilayət Fəqih etimad olunan quruluşdur və ilahi və dini prinsipləri maddi və ictimai məsələlərlə birləşdirir və elə bir quruluş yaradır ki, insanların bütün dünya və axirət ehtiyaclarına cavab verir. Əslində belə quruluş bəşəriyyət və insanlıqla uyğunlaşır və uzlaşır.