Rusiya Baltik dənizinə hərbi gəmilər göndərib
May 09, 2017 07:17 Asia/Baku
-
Rusiya Baltik dənizinə hərbi gəmilər göndərib
Rusiya Amerikanın hərbi gəmisinə qarşı, Baltik dənizinə Latviya suları yaxınlığına 3 hərbi gəmi göndərib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın bir ədəd hərbi gəmisinin Baltik dənizinə Rusiya suları yaxınlığına daxil olmasından sonra, Rusiya Baltin dənizində Latviya suları yaxınlığına 3 hərbi gəmi göndərib.
Latviyanın hərbi rəsmiləri bildiriblər ki, Rusiyanın hərbi gəmiləri bu ölkənin suları yaxınlığında müşahidə olunub.
Rusiyanın Baltin dənizinə hərbi gəmi göndərməsi bu ölkənin dəniz qoşunlarının NATO-ya qarşı son hərəkəti hesab olunur.
Rusiyanın bu təşəbbüsü həmçinin rəsmi Moskvanın Amerikanın Baltin dənizinə göndərdiyi USS-Karni hərbi gəmisinə reaksiya xarakteri daşıyır.
Teqlər