Amerika xalqı Obamakerin ləğv edilməsinə qarşıdır
https://azeri.sahartv.ir/news/dünya-i268656-amerika_xalqı_obamakerin_ləğv_edilməsinə_qarşıdır
Rəy sorğularının nəticələri göstərir ki, amerikanların 44 faizi respublikaçıların Obamaker adı ilə tanınan sərfəli səhiyyə xidmətləri qanununu ləğv edən layihəsinin əleyhinədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 16:27 Asia/Baku
  • Amerika xalqı Obamakerin ləğv edilməsinə qarşıdır
    Amerika xalqı Obamakerin ləğv edilməsinə qarşıdır

Rəy sorğularının nəticələri göstərir ki, amerikanların 44 faizi respublikaçıların Obamaker adı ilə tanınan sərfəli səhiyyə xidmətləri qanununu ləğv edən layihəsinin əleyhinədir.

Amerikada çıxan Hil qəzetinin yazdığına görə, Yuqau və Haf Post müəssisələrinin internet vasitəsi ilə həyata keçirdikləri rəy sorğularının nəticələri göstərir ki, respandentlərin üçdə bir hissəsi Obamakerin ləğv edilməsinin əleyhinədir və sadəcə 31 faiz bu sahədə respublikaçıların layihəsini dəstəkləyir. 

Obamakerin ləğv edilməsi və onun yeni layihə ilə əvəz edilməsi ABŞ konqresində partiyalar arası çaxnaşma mövzusuna çevrilib və demokratların 70 faizi bu layihənin əleyhinədirlər.