Ağ Evin vəkilləri Trampın impiçmentinin qarşısının alınmasına çalışırlar
Ağ Evin vəkilləri Trampın impiçmentinin qarşısının alınmasına çalışırlar.
Ağ Evin vəkilləri dünən ABŞ prezidenti Donald Trampın ehtimal olunan impiçmenti gedişi barədə təhqiqata başlayıblar ki, bu təhqiqat impiçmentin qarşısının alınması məqsədilə həyata keçirilir.
Belə bir halda, Ağ Ev rəsmiləri hələ bu hadisənin baş verməsini mümkünsüz hesab edirlər.
Ağ Evin vəkilləri bundan öncə iddia etmişdilər ki, Tramp konqresin respublikaçı üzvlərinin dəstəyinə malikdir və onu impiçment edilməsi mümkün deyil, lakin respublikaçılar partiyasının bəzi üzvləri Trampın konqresdə impiçment edilməsi ehtimalından xəbər vermişdilər.
Amerika prezident seçkiləri rəqabətləri zamanı Trampın seçki qərargahı üzvlərinin Rusiya ilə əlaqəsinin olması məsələsi, Ceyms Kominin Tramp tərəfindən FTB(FIB)-nin rəisliyindən kənarlaşdırılması və Rusiyanın xarici işlər nazirilə görüşdə Tramp tərəfindən gizli informasiyaların sızması Ağ Ev üçün ciddi bir böhrana çevrilib.