Trampın yaxınlarının Rusiya işindəki rolu
-
Trampın yaxınlarının Rusiya işindəki rolu
ABŞ prezidentinin yaxınlarının Rusiyanın Amerika prezident seçkilərinə müdaxiləsi işi ilə bağlı hərəkətləri Ağ Ev üçün çox çətin bir şərait yaradıbdır.
Vaşinqton Post qəzeti bu gün bir reportajda yazıb: Amerika prezidenti Donald Trampın nüfuzlu müşaviri və yeznəsi Cerd Kuşnerdən təhqiqatın başlanması Ağ Ev üçün çox çətin bir şərait yaradıbdır.
Cerd Kuşner son zamanlar Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak, həmçinin Rusiya inkişaf bankı olan "Venş Ekanombank"ın müdiri Sergey Qurkef ilə görüşmüşdü.
Trampın seçki komandasının Rusiya ilə əlaqələri barədəki təhqiqatlar ciddi mərhələyə daxil olubdur.
Rusiyanın Trampın seçki komitəsinə daxil olması ehtimalı ilə bağlı rüsvayçılıq ABŞ prezidentinin Ceyms Komini Amerika Federal Təhqiqat Bürosunun rəisliyindən çıxarmasından bəri artıbdır.