ABŞ və AB yollarını ayırır
https://azeri.sahartv.ir/news/dünya-i271588-abŞ_və_ab_yollarını_ayırır
ABŞ prezidenti Donald Trampın rəftarları Avropa ölkələrini Amerikadan uzaqlaşmağa və daha müstəqil siyasətlər yürütməyə məcbur edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2017 11:03 Asia/Baku
  • ABŞ və AB yollarını ayırır
    ABŞ və AB yollarını ayırır

ABŞ prezidenti Donald Trampın rəftarları Avropa ölkələrini Amerikadan uzaqlaşmağa və daha müstəqil siyasətlər yürütməyə məcbur edir.

Siyasi analitiklərinə qənaətinə görə, ABŞ prezidentinin Avropa qarşısındakı rəftarlarını nəzərə alaraq, yeni bir beynəlxalq siyasi quruluş formalaşmaqdadır. Tramp Avropaya səfəri zamanı avropalı şəriklərində siyasi və təhlükəsizlik məsələləri ilə bağlı bir növ qərarsızlıq və etimadsızlıq təsiri bağışlayıb. İqlim dəyişiklikləri ilə bağlı Paris anlaşmasının Tramp tərəfindən birtərəfli qaydada ləğv edilməsi də bu etimadsızlığın daha artıq dərinləşməsinə yol açıb. Artıq Avropa ölkələri bu qənaətə gəliblər ki, strateji bir şərik olaraq ABŞ-a etibar etmək olmaz.

 

ABŞ prezidenti öz hərəkətləri ilə Almaniya rəsmilərini xeyli əsəbləşdirib.

 

Martin Şultz – Alman siyasətçi:

ABŞ prezidentinin G-7 sammiti və NATO iclasındakı xoşagəlməz davranışları Avropanın artıq müstəqil rəftar etməli olduğunu sübut etmiş oldu.

 

Gözlənildiyi kimi, bunun ardınca, Avropalılar Asiyalılara üz tutmağa başlayıblar. Almaniya kansleri Angela Merkelin Çinin baş nazirini səmimi şəkildə qarşılaması və ikitərəfli strateji əlaqələrin inkişafına təkid etməsi artıq Amerikanın avropalılar üçün birinci prioritet olmadığını göstərmiş oldu.

 

Angela Merkel – Almaniya kansleri:

Hazırda dünya qeyri-müəyyən bir duruma malikdir. Buna görə də bütün sahələr üzrə əməkdaşlıqlarımızı genişləndirməliyik. Bu gün Çin böyük və strateji bir şərikə çevrilib.

 

Li Ke Çyang – Çinin baş naziri:

Almaniya Çinin Avropa Birliyində ən mühüm strateji şərikidir. İqtisadi əlaqələrin inkişaf etməsi ilə yanaşı, iki ölkə xalqları arasında da əlaqələr genişlənib.

 

Artıq Avropada ABŞ-ın siyasətləri ilə razılaşan çox az adam tapmaq olar. Avropa ölkələri başçıları ABŞ-ın Paris anlaşmasından çıxmasının ardınca bir bəyanat yayaraq, Trampın bu qərarı və bu barədə yenidən müzakirələrin aparılması ilə müxalif olduqlarını bildiriblər. Avropa insanı isə ən yaxşı çıxış yolunun ABŞ-ın görməməzliyə vurulması olduğunu deyirlər.

 

Avropa isnanı:

Biz Amerikanın Avropa və Almaniya ilə münasibətlərini necə çirkin bir formada dəyişdiyinin şahidi olduq. Artıq iki ölkə arasında əvvəlki münasibətlər mövcud deyil və bu Trampın hakimiyyətə gəlməsinin ardınca baş verib. Bu gün biz daha artıq birləşməli və Trampın hərəkətlərindən məyus olmamalıyıq.

 

 Avropa insanı:

Avropa Amerika ilə birgə proqramları xüsusi ilə iqlim dəyişiklikləri ilə bağlı layihələri bir kənara atmalı və öz yolunu getməlidir. Avropa özünə güvənməlidir.

 

Bu arada Avropa Birliyi və Çin barəsində artıq 3 ildir ki, müzakirə apardıqları qarşılıqlı investisiya layihəsini də yekunlaşdırmaq qərarına gəliblər.