Tramp sadəcə ABŞ-ın iqtisadi gəlirlərini artırmaq haqda düşünür
https://azeri.sahartv.ir/news/dünya-i272290-tramp_sadəcə_abŞ_ın_iqtisadi_gəlirlərini_artırmaq_haqda_düşünür
Saləddin Allahverdiyev: Tramp sadəcə ABŞ-ın iqtisadi maraqlarını düşünür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 13:27 Asia/Baku
  • Tramp sadəcə ABŞ-ın iqtisadi gəlirlərini artırmaq haqda düşünür
    Tramp sadəcə ABŞ-ın iqtisadi gəlirlərini artırmaq haqda düşünür

Saləddin Allahverdiyev: Tramp sadəcə ABŞ-ın iqtisadi maraqlarını düşünür.

Azərbaycanlı hüquqşünas Saləddin Allahverdiyev Beynəlxalq Səhər Kanalının Azəri televiziyasının "Hüquqi Aspekt" verilişi ilə canlı telefon bağlantısında deyib: ABŞ-ın iqlim dəyişiklikləri üzrə Paris anlaşmasından çıxmaq qərarı Amerika və bəşəriyyətin zərərinə atılmış bir addımdır. 

Saləddini Allahverdiyev  əlavə edib: Tramp hökumətinin ekologiya və ətraf mühitin qorunmasına laqeyd münasibət bəsləməsi düşündürücüdür. 

Azərbaycanlı hüquqşünas ekologiyanın və ətraf mühitin mühafizəsi üzrə bütün ölkələr və insanların əməkdaşlıq etməli olduğunu deyərək, əlavə edib: Təəssüflər olsun ki, Tramp bu böhrandan xilas olmaq üçün hansısa məntiqli həll yolu ardınca deyil. Və sadəcə Amerikanın iqtisadi gəlirlərinin artırılması barədə düşünür. 

Saləddin Allahverdiyev sonda deyib: ABŞ-ın Ərəbistana silah satması bir daha sübut etdi ki, ekologiyanın mühafizəsi amerikalılar üçün önəm kəsb etmir və onları maraqlandıran yeganə məsələ iqtisadi gəlirdir.