Trampın Qətəri suçlamaq məqsədi
-
Donald Tramp
ABŞ Səudiyyə Ərəbistanı ilə bir neçə yüz milyard dollarlıq müqavilərləri imzaladıqdan sonra, bir gecədə qəfildən Ərəbistanın adını terrorizmi dəstəkləməkdə suçlanan ölkələrin siyahısından çıxarıb və onun əvəzinə Qətəri təyin etdi. Son Ər-Riyad iclası bu sahədə önəmli rolu oynadı. ABŞ-ın məqsədi təzyiq tətbiq etməklə həmişə başqa məsələlər olmuşdur.
ABŞ-ın sabiq prezidenti Barak Obama dövründən, bu ölkə Səudiyyə Ərəbistanını terrorizmi dəstəkləməkdə suçlayır, 11 sentyabr hadisələrində birbaşa rolu olduğuna görə, Ərəbistan əleyhinə irəli sürülən ittihamlarla əlaqədar Casta qanunu da təsdiqləndi. Lakin indiyə qədər nə bu ittihamların bir təsiri olub, nə də ki, Casta qanunu icra edilib. Trampın Ağ Evə gəlişi ilə bu ölkənin mənafeyinini təsiri altında ittihamlar planı üzrə strategiya tamamilə dəyişdi. Tramp hökumətinin nəzərdə tutduğu siyasi və maliyyə mənafeyini Ərəbistan başçılarından aldığı halda, artıq Vaşinqton üçün fərqi yoxdur ki, Səudiyyə Ərəbistanının yerinə Qətər terrorizmin hamisi olsun. Ər-Riyad iclası və Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar arasında dörd yüz milyard dollarlıq müqavilələr Ərəbistanı ABŞ-ın terrorizmi dəstəklədiyinə görə, diqqət mərkəzində saxladığı ölkələr sırasından çıxarda və sürətlə bu yükü Qətərin üzərinə nəql edə bildi. Beləliklə ABŞ fürsətdən istifadə etməyi bacardığını əks etdirdi. ABŞ-da Ərəbistan əleyhinə etirazlar səsi söndü, demokratik islahatların icrası üçün tələblər durdu və bütün bunlar öz yerini Qətər əleyhinə irimiqyaslı "hücum"lara verdi. Bu hücumlar bu təsəvvürü yaradır ki, ABŞ hərbi müqavilələr imzalanmazdan öncə Ərəbistan qarşısında nəzərdə tutduğu siyasəti, indi Qətər qarşısında tutmuşdur. ABŞ prezidenti öz yeni çıxışında Qətəri terrorizmi dəstəkləməkdə suçlayır, üstəlik deyir ki, bu dəstək ən yüksək səviyyədə olmuşdur. Əslində bu, neft ölkəsi hakimiyyəti əleyhinə birbaşa təhdiddir. Bu, Fars körfəzində sərvətləri qarət etmək üçün ABŞ-ın iştahasını daha da artırdığını göstərir.