ABŞ-ın Apelyasiya Məhkəməsi Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar çıxartdı
-
ABŞ-ın Apelyasiya Məhkəməsi Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar çıxartdı
Kaliforniya Ştatının Apelyasiya Məhkəməsi ABŞ prezidenti Donald Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar qəbul etdi.
ABŞ Konqresinin informasiya portalının verdiyi məlumata görə, bazar ertəsi günü Kaliforniya Ştatı Apelyasiya Məhkəməsinin 9-cu şöbəsində 3 məhkəmə hakiminin sədrliyi ilə keçirilən məhkəmə iclasında prezident Donald Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar qəbul edilib. Çıxarılan məhkəmə qərarında bildirilir ki, Trampın yeni miqrasiya fərmanında milyonlarla insanın sırf milliyyətinin əsas götürülərək Amerikaya girişinin önlənilməsi üçün hansısa tutarlı dəlil təqdim edilmir.
Kaliforniya Ştatının Apelyasiya Məhkəməsi bu qərar ilə Havay Ştat Məhkəməsinin Trampın yeni miqrasiya fərmanı əleyhinə qərarını qüvvədə saxlamış olub.
Amerikalı məhkəmə hakimləri bildiriblər ki, ABŞ prezidentinin səlahiyyətləri qanunla müəyyən edilmiş aydın hüdudlara malikdir.
ABŞ prezidenti Donald Tramp cari 2017-ci ilin yanvar və mart aylarında bir neçə müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girişini qadağan edən iki fərman imzalamışdı. Amma, bu fərmanların icrası ştat məhkəmə hakimləri tərəfindən durdurulub.