İyun 13, 2017 17:00 Asia/Baku
  • Moqerini: Amerika nüvə anlaşmasına sadiq qalacaq
    Moqerini: Amerika nüvə anlaşmasına sadiq qalacaq

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib: Amerikanın 5+1 qrupu ilə İran arasında əldə olunmuş nüvə razılaşmasına qarşı etirazlarına baxmayraq bu beynəlxalq sənəd icra olunur.

Röytersin verdiyi məlumata görə, AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini bu gün "Oslo Sülh" konfransında deyib: Altı ölkə ilə İran arasında əldə olunmuş nüvə anlaşmasına Amerika tərəfindən yenidən baxılmasının özü, icra edilməkdə olan bu anlaşmanı qoruyub-saxlamaq qərarına gəlməklə nəticələnəcək. 

Moqerini həmçinin ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin İranın nüvə anlaşmasına sadiq qaldığı barədəki sözlərini təsdiqləyərək deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ƏMTP-nın ikinci ilində İranın öz öhdəliklərinə sadiq qalması barədəki hesabatı ilə bu barədə bədbinliklərə son qoyulub. 

AB-nin xarici siyasət üzrə koordinatoru deyib: ƏMTP müəyyən bir ölkəyə aidd deyi, bu beynəlxalq ictimaiyyətə aiddir və Avropa Birliyi onun icrasına səy göstərir. 

Oslo 2017 forumu bu gün İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif və bir neçə ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Norveç paytaxtı Osloda öz işinə başlayıb. 

Teqlər