BAT ABŞ-ı tənqid etdi
Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-da insan haqlarının sistematik şəkildə pozulmasını tənqid edib.
İRİB-in məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-da insan haqlarının vəziyyəti haqda hesabat verib: ABŞ insan haqlarının sistematik şəkildə pozulması, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin proqramlarına əsasən işgəncə və insanların oğurlanmasına son qoymaq üçün heç bir addım atmamışdır.
Bu hesabatda bildirilir: Senat komitəsinin MKİ-nin nəzarəti altında gizli həbslər proqramında yanlış davranışlarla əlaqədar hesabatını yayımladıqdan sonra, ABŞ bu cinayətlər qarşısında heç bir cavab verməmişdir.
BAT əlavə edib: Miqrantlarla davranışla əlaqədar nigaranlıq, federal və ştat həbsxanalarında təcriddən istifadə və vəziyyətə nəzarət etmək prosesində gücdən istifadə hələ də davam edir.
BAT həmçinin ABŞ polisinin davranışlarına da diqqət çəkib: Qaradərili kişilər polisin qətllərinin qurbanıdır. Hərbi səviyyədə anti-üsyan təchizatından istifadə, polisin etiraz aksiyalarında bu silahlarla təchiz olunması sərbəst toplaşmaların təşkil olunmasında etirazçıların hüququ ilə bağlı nigaranlıqların baş verməsinə səbəb olub.