Luqansk vilayətində ağır toqquşma
-
Luqansk vilayətində ağır toqquşma
Ukrayna ordusu ötən 24 saat ərzində Luqansk vilayətində silahlı qiyamçıların mövqelərinə 6 dəfə artilleriya zərbəsi endirib.
İTAR TASS-ın verdiyi məlumata görə, Luqanskda silahlı qiyamçıların sözçüsü bildirib ki, Ukrayna ordusu ötən 24 saat ərzində 82 və 120 millimetrlik iri çaplı silahlardan və minaatanlardan istifadə edərək, Luqanskın müxtəlif məntəqələrini hədəfə alıb.
ATƏT-in baş müzakirəçisi Martin Secdik isə Təmas Qrupunun çərşənbə günü (21 iyun) təşkil edilən iclasın ardınca bildirmişdi ki, atəşkəslə bağlı anlaşma 24 iyun tarixindən icraya qoyulacaq və 31 avqusta kimi davam edəcək.
Ukrayan 2014-cü ilin əvvəllərindən Luqansk və Donetsk vilayətlərində Rusiya yönlü silahlı müxaliflər ilə dövlət qüvvələri arasında qarşıdurmaların şahididir. İndiyə kimi bu toqquşmalarda 10 min nəfər həyatını itirib.
Ukrayna Moskvanı Rusiya yönlü silahlı müxalifləri himayə etməkdə ittiham edir.