Terrorçular Teleqramdan istifadə ediblər
https://azeri.sahartv.ir/news/dünya-i274318-terrorçular_teleqramdan_istifadə_ediblər
Rusiya Federal Təhlükəsilzik Agentliyi (FSB)terrorçu qrupların internet şəbəkələrindən xüsusi ilə Teleqram proqramından öz hücumlarında istifadə etmələri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2017 16:25 Asia/Baku
  • Terrorçular Teleqramdan istifadə ediblər
    Terrorçular Teleqramdan istifadə ediblər

Rusiya Federal Təhlükəsilzik Agentliyi (FSB)terrorçu qrupların internet şəbəkələrindən xüsusi ilə Teleqram proqramından öz hücumlarında istifadə etmələri barədə xəbərdarlıq edib.

İtartasın verdiyi məlumata görə, FSB bu gün bildirib ki, terrorçu qrupların fəaliyyətləri barədə həyata keçirilən tədqiqatlar nəticəsində onların üzvlərinin internet proqramlarından mesaj göndərmək üçün istifadə etdiklərini göstərir. 

Bu təhlükəsizlik qrumunun bildirdiyinə görə, Rusiyada beynəlxalq terror təşkilatlarının üzvləri daha çox teleqramdan sitifadə edirlər, bu da, terrorçulara yüksək səviyyədə kodlaşdırılmış danışıq imkanı verir. 

FSB bildirib: 2017-ci il 3 apreldə Sankt Peterburq metrosunda terror aktını törədən də Teleqramdan istifadə edibmiş. 

Rusiyanın rabitə bazarının tənzimlənməsi təşkilatı da cümə günü Teleqram proqramını ölkə qanunlarını pozmaqda ittiham edərək bu proqramın özünə nəzarət şirkəti ilə əlaqədar məlumatları təqdim etməyəcəyi təqdirdə onun fəaliyyətinin dayandırılacağı ilə hədələyib.