İyun 29, 2017 09:45 Asia/Baku
  • Park Geun Hye
    Park Geun Hye

Şimali Koreya Cənubi Koreyanın sabiq prezidentinin edam olunmasını istəyib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Pxenyan Cənubi Koreyanın eks-prezidenti Park Geun Hye və Milli Təhlükəsizlik Agentliyinin sabiq rəhbəri Li Byunq Honu Şimali Koreyanın lideri Kim Yonq Unu terror etməyə plan hazırlamaqda suçlayıb. 

Şimali Koreya rəsmiləri 2015-ci ildə Kim Yonq Unu terror etmək üçün Parkın səylərinə toxunaraq Seuldan hər iki şəxsi Pxenyana təhvil verməsini istəyib. 

Cənubi Koreyanın Milli Təhlükəsizlik Agentliyi də Pxenyanın iddiasını əsassız adlandırıb: Şimali Koreyanın Cənubi Koreya vətəndaşlarına təhdidi dözülməzdir. 

Şimali Koreyanın rəsmi informasiya agentliyinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyi, Xalq Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq müştərək bəyanatda bildiriblər: ABŞ və Cənubi Koreyadakı əlaltı qüvvələr Şimali Koreyanın liderinə qarşı bir daha terror aktı törətmək niyyətində olarlarsa, öncədən xəbərdarlıq edilmədən onları cəzalandıracağıq. 

May ayında da Şimali Koreya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Cənubi Koreyanın Milli Təhlükəsizlik Agentliyini bioloji silahdan istifadə etməklə Şimali Koreya liderini terror etmək üçün plan hazırlamaqda suçlamışdı. 

Teqlər