Lavrov: Rusiya Vaşinqtonun anti-Suriya hərəkətinə reaksiya verir
https://azeri.sahartv.ir/news/dünya-i274614-lavrov_rusiya_vaşinqtonun_anti_suriya_hərəkətinə_reaksiya_verir
Rusiya xarici işlər naziri Suriya ordusunun kimyəvi hücum üçün hazırlaşmasına dair Ağ Evin iddiasının məntiqsiz və təhlükəli olduğunu bildirib: Moskva Vaşinqtonun anti-Suriya təhrikedici hərəkətlərinə münasib cavab verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 07:59 Asia/Baku
  • Sergey Lavrov
    Sergey Lavrov

Rusiya xarici işlər naziri Suriya ordusunun kimyəvi hücum üçün hazırlaşmasına dair Ağ Evin iddiasının məntiqsiz və təhlükəli olduğunu bildirib: Moskva Vaşinqtonun anti-Suriya təhrikedici hərəkətlərinə münasib cavab verir.

İRNA-nın məlumatına görə, Sergey Lavrov deyib: ABŞ-ın Suriya ordusunun kimyəvi hücum üçün hazırlaşmasına dair iddiası təhlükəlidir və terrorçular ondan təhrikedici hərəkətləri həyata keçirmək üçün sui-istifadə edə və Suriya ordusunu məsuliyyət daşıyan tərəf kimi göstərə bilərlər. 

Lavrov əlavə edib: Aprel ayında Xan Şeyxunda baş verən kimyəvi hücuma dair məlumatlar şahidlərdən soruşuldu. Lakin heç kim onu görməyib və göründüyü qədəri ilə bu hücumun iddiaçıları "Suriya İnsan Haqları Gözətçisi" təşkilatının işçiləri olmuşdur. 

Sergey Lavrov bildirib: ABŞ rəsmiləri Suriya ordusunun kimyəvi hücuma hazırlaşmasına dair öz iddiası haqda faktları təqdim etməkdən çəkinirlər, bu məntiqsiz strategiyadır və Vaşinqtonun məlumatı olduğu halda öz iddiasını sübut etmək üçün niyə təqdim etməməsi bəlli deyil. 

Rusiya xarici işlər naziri deyib: Vaşinqton ABŞ-a haker hücumunda Rusiyanı suçlamaq haqda oxşar strategiya sərgiləyib. 

Ağ Ev bazar ertəsi günü iddia edib ki, ABŞ-ın Suriya hökumətinin başqa bir kimyəvi hücum üçün hazırlaşmasına dəlalət edən faktları vardır. 

ABŞ ötən aylarda bir neçə dəfə Suriya ordusunun mövqelərinə hücum edib. Son hücumda ABŞ qırıcısı Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus SU-22 qırıcısını vurub.