ABŞ xalqı Ağ Evin avantüralarından narazıdır
https://azeri.sahartv.ir/news/dünya-i274664-abŞ_xalqı_ağ_evin_avantüralarından_narazıdır
Amerikalı jurnalist Ağ Evin avantüristliyinin ABŞ xalqının narazılığına səbəb olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 15:21 Asia/Baku
  • ABŞ xalqı Ağ Evin avantüralarından narazıdır
    ABŞ xalqı Ağ Evin avantüralarından narazıdır

Amerikalı jurnalist Ağ Evin avantüristliyinin ABŞ xalqının narazılığına səbəb olduğunu bildirib.

FaxNews televiziyasının məlumatına görə, ABŞ-ın Nation nəşrinin baş redaktoru Katrina Vindon Hiol bu televiziya ilə müsahibədə deyib: ABŞ prezidenti Donald Tramp öz seçkiqabağı vədlərinin əksinə olaraq bu ölkəni Yaxın Şərqdə yeni müharibələyə doğru sövq etməkdədir. 

Bu jurnalist əlavə edib: ABŞ hərbçilərinin Əfqanıstan kimi ölkələrə ezam olunması bu ölkələrdə vətəndaşların problemlərinin artması ilə nəticələnəcək. 

Jurnalistin dediyinə görə, ABŞ Suriya böhranının həlli və İranla nüvə anlaşmasını davam etdirmək üçün Rusiya ilə əməkdaşlığa ehtiyaclıdır. 

Nation nəşrinin baş redaktoru həmçinin xatırladıb: ABŞ Konqresində radikal siyasətçilər bütün yolları araşdırmadan hərbi seçim ardınca gedirlər. 

Ağ Ev Suriya hökuməti tərəfindən kimyəvi hücumun həyata keçirilməsi iddiasını irəli sürüb və hərbi reaksiya haqda xəbərdarlıq edib. Bunun ardınca isə bu amerikalı jurnalist belə bir xəbərdarlıqla çıxış edib. 

Ağ Ev sözçüsü Şon Spayser qısa bir bəyanatla iddia edib ki, başqa bir kimyəvi hücum baş verdiyi halda, Suriya ağır bədəl ödəyəcək. 

O bununla ABŞ-ın Dəməşq və müqavimət mehvərinə qarşı yeni psixoloji müharibəsini elan edib.