Kanzas universitetlərində silah gəzdirmək olar
https://azeri.sahartv.ir/news/dünya-i274784-kanzas_universitetlərində_silah_gəzdirmək_olar
Amerikanın Kanzas ştatının universitetlərində müəllim və tələbələrin silah gəzdirmələri icraya qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 04:31 Asia/Baku
  • Amerika universitetlərində silah
    Amerika universitetlərində silah

Amerikanın Kanzas ştatının universitetlərində müəllim və tələbələrin silah gəzdirmələri icraya qoyulub.

Röyters-in məlumatına görə, gizli silahın daşınması qanunu dörd il bundan öncə Amerikada bütün dövlət binaları üçün qəbul olunmuşdu, amma Kanzas ştatının ali təhsil müəssisələri bu qanundan müstəsna idilər.

Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon odlu silah mövcuddur; yəni bu ölkədə adambaşına təqribən bir silah düşür.