Moskva Ağ Evin anti-Suriya hədələrini həyasızlıq adlandırıb
-
Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Suriyaya qarşı yeni hədələrini illüziyaya əsaslanan həyasızlıq adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin vebsaytı bu gün belə məlumat yayıb: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müxbirlər qarşısında deyib: Amerika tərəfindən Suriya dövlətinə qarşı daha bir boş iddianın irəli sürülməsinin şahidiyik və Vaşinqton belə göstərməyə çalışır ki, Suriya ordusu kimyəvi hücum keçirməyə hazırlaşır.
Zaxarova əlavə edib: Belə bir halda, amerikalı rəsmilər öz iddialarını sübut etmək üçün heç bir sənəd təqdim etməyiblər və məlum deyildir ki, bu iddia nəyə söykənir.
Bu rus rəsmi amerikan koalisiyanın Suriyanın Diyrəzzur vilayətindəki Əlməyadin məntəqəsinə qarşı son hava hücumuna toxunaraq, deyib: Bu hücumda 42 suriyalı sivil həlak olub, onlarla nəfər yaralanıb və ramazan ayı boyu terrorçularla heç bir əlaqəsi olmayan suriyalı mülkilər amerikan koalisiyanın hücumlarına məruz qalıblar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Amerikan koalisiyanın hərbi təyyarələri Suriya ordusunun terrorçularla vuruşan Diyrəzzur və Əltənəf məntəqələrindəki bölmələrinə hücum edərək, çoxlu sayda insanı öldürüblər.