Lavrov Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriya barədə passiv davranışını tənqid etdi
https://azeri.sahartv.ir/news/dünya-i274904-lavrov_kimyəvi_silahlara_qadağa_təşkilatının_suriya_barədə_passiv_davranışını_tənqid_etdi
Rusiya xarici işlər naziri Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriya ilə bağlı rəftarını tənqid edib və deyib: Bu təşkilat Xan Şeyxunda baş verənlər qarşısında münasib reaksiyaya malik olmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2017 07:13 Asia/Baku
  • Lavrov Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriya barədə passiv davranışını tənqid etdi
    Lavrov Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriya barədə passiv davranışını tənqid etdi

Rusiya xarici işlər naziri Kimyəvi Silahlara Qadağa Təşkilatının Suriya ilə bağlı rəftarını tənqid edib və deyib: Bu təşkilat Xan Şeyxunda baş verənlər qarşısında münasib reaksiyaya malik olmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində  yer alan məlumata görə, Sergey Lavrov Kimyəvi Silahlara Qadağa Təşkilatını Xan Şeyxun hadisəsi ilə bağlı araşdırmaların aparılması üçün Suriyaya faktaraşdırıcı heyət göndərmədiyi üçün tənqid atəşinə tutub. 

Lavrov deyib: Bu təşkilat öz hesabatında bildirir ki, Xan Şeyxunda xardal qazından hansı formada istifadə edilməsi barədə heç bir məlumata malik olmadığını deyir. 

Rusiya xarici işlər naziri daha sonra ABŞ-ın bu xüsusda bir neçə aydır ki, davam edən hay-küylərinə işarə edərək, deyib: Avropa rəsmiləri və beynəlxalq təşkilatlar bizim Xan Şeyxun hadisəsi ilə bağlı açıqlamalarımız və gətirdiyimiz faktlar qarşısında bildirirlər ki, bu xüsusda Amerika ilə anlaşmaq lazımdır və yalnız bu zaman məsələ öz həllini tapmış olacaq. 

Lavrov əlavə edib: Rusiya və Amerika arasında anlaşma mühümdür. Amma, digər qüdrətləri də görməməzliyə vurmaq olmaz. 

ABŞ ordusu ötən aprel ayında Suriya dövlət qüvvələri tərəfindən Xan Şeyxun məntəqəsində kimyəvi silahdan istifadə ilə bağlı heç bir əsası olmayan iddialar irəli sümüş, bunun ardınca, Suriyanın Əş-Şəirat hava bazasına raket zərbələri endirmişdi.