Moskva son Dəməşq terror aktını qınadı
-
Moskva son Dəməşq terror aktını qınadı
Rusiya Xarici İşlər Nazirliyi bazar günü Dəməşqdə törədilən terror aktını qınayıb və bildirib: Terrorçuların məqsədi Suriyada sülh prosesinə zərbə vurmaqdır.
Bazar günü Suriyanın paytaxtı Dəməşq şəhərində, Ət-Təhrir meydanında törədilən partlayışda 18 nəfərin həyatını itirdiyi, 20 nəfərin isə yaralandığı bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü yaydığı bəyanatda bildirib: Terrorçular Suriyada sülhə zərbə vurmaq və Suriya böhranının həlli istiqamətində aparılan Astana müzakirələrində əldə edilən uğurlara xələl gətirmək ardıncadırlar.
Rusiya XİN-i həmçinin, öz beynəlxalq şəriklərindən Yaxın Şərqdə terrorizm ilə ciddi mübarizənin aparılmasını istəyib.
İndiyə kimi Astanada Suriya dövləti və silahlı müxalif qrupları təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə 4 dəfə iclas keçirilib. Bu danışıqlarda Suriyada atəşkəsin elan edilməsi və ixtilafların siyasi yolla həll edilməsi barədə anlaşma əldə edilib. İran. Rusiya və Türkiyə isə Astana anlaşmasının icrasına nəzarət edən tərəflərdirlər.
Astana-5 iclası bu gün işə başlamalı və 2 gün davam etməlidir.
Astana-4 müzakirələrinin ən mühüm nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılması olmuşdu.