Yenə Şimali Koreya, yenə raket sınağı
Cənubi Koreya şimal qonşusunun bir ədəd ballistik raket atmasından xəbər verib.
İRNA-nın məlumatına görə, Cənubi Koreyanın hərbi mənbələri bildiriblər ki, bu raket bu gün çərşənbə axşamı səhər saatlarında Şimali Koreyanın Şimali Pxenyan vilayətində yerləşən Banq Hyun məntəqəsindən Yaponiya dənizinə doğru atılıb.
Hələ ki, bu raket sınağının uğurlu olub-olmaması barədə heç bir məlumat verilmir.
Bu raket sınağı Cənubi Koreya və ABŞ prezidentlərinin Vaşinqtonda baş tutan görüşündən cəmi bir neçə gün sonra həyata keçirilib. ABŞ və Cənubi Koreya prezidentləri bu görüşdə Şimali Koreyaya qarşı təzyiqlərin artırılmasına təkid etmişdilər.
Şimali Koreya bundan öncə, 8 iyun tarixində raket sınağı həyata keçirmişdi.
Şimali Koreyanın raket sınaqları hər dəfə Qərbin xüsusi ilə də ABŞ-ın kəskin reaksiyalarına səbəb olur.
Qərb və onun müttəfiqləri Şimali Koreyanın ballistik raketlərinin nüvə başlıqları daşımağa qadir olmasından nigarandırlar.
Koreya Yarımadasında vəziyyət hazırda, ABŞ-ın birtərəfli və təhrikedici düşmənçilik siyasətlərinə görə hər dövrdə olduğundan daha artıq gərgindir.
Vaşinqton Şimali Koreyanın bütün hərbi raket və nüvə fəaliyyətlərini dayandırmasını istəyir. Amma, Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə təhdidlərini davam etdirdikləri zamana kimi, bu ölkə də öz hərbi potensialını gücləndirməkdə davam edəcək.