Seul Şimali Koreyanın raket sınağını araşdırır
Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən növbəti raket sınağının keçirilməsinin ardınca, fövqəladə iclas təşkil edərək, bu məsələni araşdırıb.
İRNA-nın məlumatına görə, Cənubi Koreya prezidenti Jun Jae İn şəxsən rəhbərlik etdiyi bu toplantıda Şimali Koreya tərəfindən raket sınaqlarının keçirilməsini narahatlıq doğuran məqam adlandırıb və Pxenyana qarşı tədbirlərin görülməsini istəyib.
Bu məlumata görə, Cənubi Koreyanın yüksək səviyyəli müdafiə, hərbi və təhlükəsizlik rəsmiləri habelə, prezidentin baş müşavirləri də bu günkü iclasda iştirak edərək, Şimali Koreyanın raket sınağını araşdırıblar.
Cənubi Koreya ordusunun baş qərargahı da bir bəyanat yayaraq, Şimali Koreya tərəfindən atılan raketin 950 km məsafə uçduğunu bildirib.