İyul 08, 2017 16:52 Asia/Baku
  • Britaniya, ABŞ və Fransa müştərək bəyanat verib
    Britaniya, ABŞ və Fransa müştərək bəyanat verib

Britaniya, ABŞ və Fransanın BMT-dəki nümayəndələri bildiriblər ki, bu təşkilatda təsdiqlənən Nüvə Silahlarına Qadağa sazişini imzalamayacaqlar.

İTAR-TASS-ın məlumatına görə, Britaniya, ABŞ və Fransa cümə gecə BMT-də müştərək bəyanat veriblər ki, heç bir vəchlə bu sazişi imzalayanlara qoşulmaq niyyətində deyillər. 

Halbuki İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi İranın kütləvi qırğın silahlarının qurbanlarından biri olduğuna toxunaraq İranın nüvə sialhlarının tam qadağası sazişini qətiyyyətli dəstəklədiyini bildirib. 

Atom silahına qarşı olan ölkələrin nümayəndələri cümə günü 3 həftə BMT qərargahında iclas təşkil edərək nüvə silahının istehsalı, sınaqdan keçirilməsi, mülkiyyəti, ehtiyatda saxlanılması, nəql və istifadə edilməsi, və ondan istifadə ilə hədələmənin qadağan edilməsinə dair sazişin mətnini araşdırdıqdan sonra təsdiqlədilər. 

Həmçinin bu sazişə əsasən, nüvə silahlarına malik olan tərəflər onun icrası zəruri olduqdan sonra öz nüvə silahları və istehsal obyektlərinin siyahısını BMT-yə elan etməli və onları dərhal əməliyyat vəziyyətindən çıxarmalıdırlar. 

BMT-yə üzv ölkələrin nümayəndələri 20 sentyabrda Baş Assambleyanın iclası zamanı onu imzalayacaqlar. 

Teqlər