Tramp uçurumun kənarında
https://azeri.sahartv.ir/news/dünya-i276122-tramp_uçurumun_kənarında
Son günlər ABŞ prezident seçkiləri ərəfəsində ruslar ilə malik olduğu gizli əlaqələr Tramp üçün baş ağrısına çevrilməyə başlayıb və bu onu impiçmentliyə qədər apara bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 11:17 Asia/Baku
  • Tramp uçurumun kənarında
    Tramp uçurumun kənarında

Son günlər ABŞ prezident seçkiləri ərəfəsində ruslar ilə malik olduğu gizli əlaqələr Tramp üçün baş ağrısına çevrilməyə başlayıb və bu onu impiçmentliyə qədər apara bilər.

ABŞ prezidenti ətrafındakı təzyiqlər daralmağa başlayıb. Prezident seçkilərində ruslar ilə məxfi əlaqələri haqda hər gün yeni faktların ifşa edilməsinin ardınca Tramp önləyici tədbirlərə əl atmağa başlayıb. Belə ki, ABŞ prezidentinin böyük oğlu seçkilər ərəfəsində ruslar ilə olan yazışmalarına aid bəzi elektron məktubları yayımlayaraq, özü və atasını təmizə çıxartmağa çalışıb. Amma, bu qalmaqalın sonda Tramp üçün nə vəd etdiyini zaman göstərəcək.

 

ABŞ prezidentinin ən yaxın adamları barəsində başladılmış araşdırmalar “Water Gate” hadisəsinin təkrarlanması ilə nəticələnə bilər. Əlbəttə, bu  dəfə prezident Donald Tramp üçün.

ABŞ prezidentinin böyük oğlu Donald Con Tramp Cunior qabaqdan gəlmişlik edərək, medialardan öncə bir sıra elektorn məktublarını ifşa edib. Bu elektron məktublara əsasən xanım Natali və Kilerus seçki rəqabətlərinin ən qızğın çağında Trampın seçki qərargahına Hillari Klinton barəsində təxribat xarakterli məlumatlar təqdim etmək üçün  Nyu-Yorkda onunla görüş təyin ediblər.

 

Donald Tramp Jr. – ABŞ prezidentinin böyük oğlu:

“Biri mənə e-mail göndərmişdi. Mən də oxuyub, münasib cavab yazdım. Bunun adi bir iş olduğunu düşünürəm.”

 

Xanım Natali isə  Rusiya dövləti tərəfindən bu xüsusda hər hansı bir göstəriş almadığını və ümumiyyətlə hər hansı bir əlaqəyə malik olmadığını deyir.

 

Xanım Natali – Rusiya dövlətinin agenti olduğu iddia edilən şəxs:

“Mən heç vaxt Rusiya hökumət üçün işləməmişəm.”

 

Donald Tramp Jr. isə Natalinin dərdə dəyəcək məlumatlarının olmadığını və atasının da olanlardan xəbərsiz olduğnu deyir. Digər tərədən, ABŞ prezidenti oğlunun hərəkətini onun layiqli insan olmasına dəlalət edən fakt adlandıraraq, onun şəffaflıq nümayiş etdirdiyini deyir.

Amerikalı analitik Fayv Malmik bütün bu yaşananların ardınca Trampı nə kimi bir taleyin gözlədiyi və Demokratların elektron poçtlarının haker hücumuna məruz qalmasında ruslar ilə Tramp və komandası arasındakı gizli əlaqənin ifşa edilməsinin onun hakimiyyətdən getməsinə səbəb olub-olmayacağı barədə deyir: “Tramp Amerika xalqını yaxşı tanıyır. O, sərvət və şöhrəti ilə uğur qazanmağa nail olub. Tramp iqtidarda qalmaq üçün xalqı və vəziyyəti necə idarə edəcəyini də yaxşı bilir.”

 

O, qalacaq. Bəziləri belə düşünür. Amma, bunun əksini düşünənlər də var.