Süni peyklərin eyni vaxtda buraxılmasında Rusiyanın rekordu
https://azeri.sahartv.ir/news/dünya-i276254-süni_peyklərin_eyni_vaxtda_buraxılmasında_rusiyanın_rekordu
Rusiya dünyanın kosmos tarixində ilk dəfə olaraq bir süni peyk daşıyıcısı ilə kosmosa 73 raket buraxmağa müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2017 11:55 Asia/Baku
  • Süni peyklərin eyni vaxtda buraxılmasında Rusiyanın rekordu
    Süni peyklərin eyni vaxtda buraxılmasında Rusiyanın rekordu

Rusiya dünyanın kosmos tarixində ilk dəfə olaraq bir süni peyk daşıyıcısı ilə kosmosa 73 raket buraxmağa müvəffəq olub.

IRNA-nın məlumatına görə, Rusiyanın süni peykləri bu gün səhər tezdən “Soyuz-1,2 E” süni peyk daşıyıcısı ilə Baykonur kosmodromundan kosmosa buraxılıb.

Rusiya Federal Kosmik Agentliyi- Roskosmos bildirib ki, “Soyuz-1,2 E” süni peyk daşıyıcısı yer kürəsinə nəzarət üzrə “Kanopos-VK” süni peyki və 72 kiçik süni peyki daşıyır.

Rusiya Federal Kosmik Agentliyinin bildirişinə görə, bu qədər süni peykin bir süni peyk daşıyıcısı ilə buraxılması keçmişdə baş verməyib və süni peyklər süni peyk daşıyıcısından ayrıldıqdan sonra təqribən beş yüz kilometr yüksəklikdə yerin orbitinə doğru hərəkət edirlər.