İyul 15, 2017 11:29 Asia/Baku
  • Lavrov: Ukrayna böhranının amili, ABŞ və AB-dir
    Lavrov: Ukrayna böhranının amili, ABŞ və AB-dir

Rusiyanın xarici işlər naziri Amerika və Avropa Bilriyinin qısa perspektivli siyasətlərinin Ukrayna böhranının amili olduğunu deyib. 

Russia Today-in verdiyi məlumata görə, Rusiyanın XİN başçısı cümə günü Almaniyada " Dəyişməkdə olan dünyada Rusiya və AB" adlı iclasda deyib: Avropa Birliyi və Amerikanın ağılsız siyasətləri Ukrayna böhranını qızışdırır. 

Lavrov deyib: Ukrayna böhranının xarici amili var və Ukraynada böhranın həlli üçün Minsk razılaşmalarının icrası Avropa qitəsində böhranların azalmasına gətirib çıxara bilər. 

Rusiysa XİN rəhbəri Almaniya və Fransanın digər ortaqları ilə birlikdə Normandiya razılaşması çərçivəsində və ABŞ ilə yanaşı Ukraynada durumun dəyişdirilməsi istiqamətində səy göstərəcəklərinə ümid edib.

2014-cü ildən Ukrayna Luqansk və Donetsk vilayətlərində müxalifət ilə dövlət qüvvələri arasında toqquşmaların şahididir. Bu toqquşmalar nəticəsində indiyədək 10 min insan həlak olub. 

Son iki ildə Ukraynanın şərqində dövlət və müxalifət qüvvələri arasında bir neçə dəfə atəşkəs bərqərar olunsa da, onların heç biri toqquşmaların qəti dayanması ilə nəticələnməyib. 

Teqlər