Rusiya səfirliyinə hücum
İyul 18, 2017 06:51 Asia/Baku
-
Rusiya səfirliyinə hücum
Rusiyanın Dəməşqdəki səfirliyi terrorçuların raket hücumuna məruz qalıb.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi dünən bir bəyanat yayaraq bildirib: Suriya paytaxtı Dəməşqdə Rusiyanın səfirliyi divarının yaxınlığına iki ədəd raket düşüb.
Bəyanatda deyilir: Terrorçular Cəbhətünnüsrə terrorçu qrupunun nəzarətində olan Filk Ərrəhman və Cubər bölgələrindən səfirliyi hədəfə alıblar. Amma bu hücumun insan tələfatı və maddi ziyanı olmayıb.
Rusiyanın Dəməşqdəki səfirliyi indiyədək dəfələrlə Terrorçuların raket hücumunun hədəfinə çevrilib.
Teqlər